Türkmənistan mətbuata azadlıq verdi
06 Yanvar 2013 Bazar 15:51
Hazırda ölkədə yalnız bir özəl qəzet var.
Türkmənistanda ilk dəfə olaraq kütləvi informasiya vasitələrinin (KİV) fəaliyyətini tənzimləyən qanun qüvvəyə minib. ANS PRESS "Turkmeninform"a istinadən bildirir bu qanunu prezident Qurbanqulı Berdımuhammedov imzalayıb.
Yeni qanunda ölkə vətəndaşlarına xarici KİV-lərə maneəsiz daxil olmağa icazə verir və senzuranı, vəzifəli şəxslərin jurnalistlərə maneçilik etməsini qadağan edir.
İlk dəfə olaraq türkmən vətəndaşlarına KİV-dən öz fikir və mövqelərini, axtarışların izah etmək, məlumat qəbul etmək və yaymaq imkanları verilib. Yeni qanuna görə, KİV-in təssisçisi kimi hüquqi şəxslərlə yanaşı, yaşı 18-ə çatmış fiziki şəxslər də ola bilər.
Hazırda Türkmənistanda bir informasiya agentliyi ("Turkmendövletxabarları"), yeddi milli telekanal, beş yerli radiostansiya və 39 çap nəşri var. Mərkəzi qəzetlərin əksəriyyətinin təsisçisi prezidentdir. Ölkədə yalnız bir özəl qəzet var, onun da təsisçisi hakim Demaokratik Partiyadan sonra ölkənin ikinci partiyası olan Sənayeçilər və Sahibkarlar Partiyasıdır.
DOSTLARINLA PAYLAŞ: