Türkmənçayda etiraz aksiyası
30 İyul 2013 Çərşənbə Axşamı 07:06
Piket Türkmənçay qəsəbəsinin icra nümayəndəliyinin binası qarşısında olub.
İranın Şərqi Azərbaycan vilayətinin Türkmənçay qəsəbəsində etiraz aksiyası keçirilib. APA-nın “Oyannews”a istinadən məlumatına görə, piket Türkmənçay qəsəbəsinin icra nümayəndəliyinin binası qarşısında olub.

Aksiyada 500-dən çox qəsəbə sakini iştirak edib. Onlar qəsəbəyə rayon və şəhər statusunun verilməsini istəyirlər. Piket iştirakçıları arasında İran nizam-intizam qüvvələrinin xeyli sayda mülki geyimli əməkdaşı nəzərə çarpıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar