Türklərdən eletrik almaqdansa fənər yandırın!
20 İyul 2011 Çərşənbə 03:13
Yunan Kiprinin dini lideri bölücü bəyanatla çıxış edib.
Cənubi Kipr Limasol şəhəri Zig yaşayış məntəqəsindəki hərbi bazada iyulun 11-də baş vermiş parlayış səbəbilə yaranmış elektrik çatışmazlığının Şimali Kipr Türk respublikasından (KKTC) qarşılanmasına yunanlar qarşı çıxırlar. Sosialist “EDEK” partiyasının sədri Yannakis Omiru bunu “Səfil vəziyyətə düşmək” kimi qiymətləndirib və problemin həllinin Milli Məclisdə müzakirə olunmasının doğru olacağını deyib.
KKTC-də elektrik enerjisi alınmasına ən ssərt reaksiyanı Yunan Ortodoksal kilsəsinin baş yepiskopu II Xrizostom (Hrisostomos) verib. Dini lider ada sakinlərini vəziyyəti lampa və fənərlə yola verməyə çağırıb: “Türk Kiprinin elektrik enerjisiylə aydınlanmaq əvəzinə lampa və ya fənərdən istifadə edərəm. Məndən olsa işğal olunmuş ərazilərdən elektrik alınmasın deyərdim. Çətinlikləri hiss etmək üçün kondisionerləri bağlayaq və bir az tərləyək”.
Demokratik partiyanın (DİKO) sədr müavini Nikolas Papadopulos “Xristofyas” hökumətinin “müvəqqəti qürurlu əziyyətlə biabırçı asanlıq” dilemması arasında ikinci yolu seçdiyini, yunan əhalinin isə ilk yolu seçdiyini deyib.
Papadopulos, hökumətin KKTC-dən elektrik almasının yunan idarəsinin etibarını zədələdiyini və türklərə diplomatik arequment verdiyini deyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: