Türklər Serbiyada yol çəkəcək
19 İyul 2010 Bazar Ertəsi 20:10
Ərdoğan serbiyalı həmkarı ilə razılığa gəlib.
Türkiyənin tikinti şirkəti Serbiyaya dəyəri 750 milyon avro olan avtomobil yolu çəkəcək. Türkiyə kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, baş nazir Rəcəb Tayyib Ərdoğanla Serbiyanın baş naziri Mirko Svetkoviç arasında məsələ ilə bağlı razılaşma əldə olunub.
Avtomobil yolu Serbiyanın dağlıq ərazidə yerləşən hissəsində çəkiləcək. Razılaşmaya əsasən, Türkiyənin inşaat şirkəti qısa zaman kəsiyində avtomobil yolunun çəkilməsinə dair işləri yekunlaşdırmalıdır.
Qeyd edək ki, Türkiyə və Serbiya həmçinin sentyabrda azad ticarətlə bağlı razılaşma imzalamağı planlaşdırır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: