Qılıncı meharetle işleden türkün eli, meğlub etdiyi insanların yarasının sarımaqda ustadır.
Kimlərsə dünyaya istiqamət verən bir filosof, kimlərsə ixtiraları ilə yeni üfüqlər açan bir düha. Kimlərsə böyük ordulara sahib komandirlərdir. Onları birləşdirən ortaq nöqtə türklər haqqında söylədikləri fikirlərdir. ANS PRESS oxucularına dünyanın başqa millətlərinin gözündə türklər və onlar haqqında tarixə düşən sözləri təqdim edir.
Albert Sorel: "Dünyada iki bilinməyən şey var: biri qütblərdir, digəri türklər"
Lord Bayron: "Qılıncı məharətlə işlədən türkün əli, məğlub etdiyi insanların yarasının sarımaqda ustadır"
Comenius (Çexiyalı müdrik): "Türklər qəhrəmandır, dostlarına zərər verməzlər. Böyük türk milləti tutduğu əli buraxmaz, sözündən dönməz, yaxşı və pis gündə dostlarının yanında olar. Belə bir millətlə əl-ələ vermək, yer üzündə hər çətinliyə qalib gəlmək üçün güc qazanmaq deməkdir"
Edmondo De AMICIS: "Türklərin əsilzadəliyini göstərən digər hisslər, yəni ən kiçik yaxşılıqlara qarşı bəslədikləri minnətdarlıq və şürkranlıq duyğusu, ölənlərinə qarşı minnətdarlıq və şükranlıq duyğusu. Böyük nəzakətlə edilən qonaqpərvərlik adətləri, heyvanlara qarşı rəhmli olduqları faktını da danmaq olmaz"