Türklər AKP hökumətini korrupsiyalaşmış sayır
15 Mart 2014 Şənbə 21:54
Türkiyə əhalisinin 68,5%-i hesab edir ki, ölkə hakimiyyəti başdan ayağa korrupsiyaya bulaşıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin “Gezici” araşdırma şirkəti tərəfindən aparılmış sosioloji sorğu nəticəsində müəyyən edilib.
Sorğu iştirakçılarının 70%-nin fikrincə, 17 dekabr 2013-cü il tarixdə rüşvətə qarşı keçirilmiş əməliyyat həqiqətən korrupsiyaya bulaşmış vəzifəli şəxslərə qarşı yönəlib. Rəyi soruşulanların 69%-i hesab edir ki, ölkənin yüksək rəhbərliyi mütəmadi olaraq məhkəmə sisteminin işinə müdaxilə edir, amma rəyi soruşulanların 31%-i bu iddialarla razılaşmır.
Həmçinin sorğu nətijəsində məlum olub ki, martın 30-a nəzərdə tutulan yerli seçkilərdə rəyi soruşulanların 39%-i səslərini hakim Ədalət və İnkişaf Partiyasına (AKP), 32%-i müxalifətçi Respublikaçı Xalq Partiyasına (CHP) və 18%-i Milliyətçi Hərəkat Partiyasına verəcəyini bildirib.
DOSTLARINLA PAYLAŞ: