Türkiyənin yeni hərbi attaşesi Səfər Əbiyevə təqdim olunub
22 Avqust 2011 Bazar Ertəsi 11:42
Azərbaucanın müdafiə naziri Türkiyənin ölkəmizdəki səfiri Hülusi Kılıcı qəbul edib
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bu gün Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıcı qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Səfir Hülusi Kılıc Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycana yeni təyin olnmuş hərbi attaşesi, briqada generalı Yüçel Karaüzü müdafiə naziri Səfər Əbiyevə təqdim edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar