Türkiyənin yeni baş ağrısı: Çərkəzlər
18 Aprel 2011 Bazar Ertəsi 05:54
İstanbul şəhərində 1000-ə yaxın çərkəz ana dillərində təhsil tələbi ilə şüarlar səsləndiriblər
Ötən gün Türkiyə İstanbul şəhərində bir qrup yerli çərkəz aksiya keçirib. “Çərkəz Haqları” adlı mitinqdə iştirak edən təxminən 1000-ə yaxın çərkəz ana dillərində təhsil tələbi ilə şüarlar səsləndiriblər. Əllərində Edigey, Abxaziya və Çeçenistan bayraqları daşıyan qrup “Ana dilimizdə təhsil istəyirik” yazılmış şüar açıb. Bundan başqa aksiyaçılar “Ana dil qürurumuz, vuruşaraq qoruyarıq”, “Həmişə, hər yerdə ana dilim çərkəzcə”, “Təhsil sistemi, əritmə qazanı” kimi şüarlar səsləndirib.
Çərkəz Haqları Təşəbbüsü”nün sözçüsü Meretuko Kənan Kaplan ölkədə bütün fərqli ünsürlərin türklük qazanında əridildiyini deyib: “Dünyada demokratiyanın inkişafı ilə assimilyasiya edici sistemlər davam gətirə bilmir. Biz çərkəzlər yeni sistemin ölkəyə faydalı olacağını fikirləşirik. Ölkə üçün faydalı gördüyümüz bu demokratikləşmə prosesində iştirak etməyi özümüzə vəzifə bilirik. Bizim əsas problemimiz davam edən assimilyasiya siyasətidir. Biz çərkəzlər dövlətdən bu assimilyasiya siyasətinin dayandırılmasını tələb edirik. Milli kimliyimiz, dilimiz və mədəniyyətimizi inkişaf etdirəcək şərtlərin təmin olunmasını tələb edirik”.
Aksiya çərkəz müğənnilərin verdiyi konsert proqramı ilə başa çatıb.
DOSTLARINLA PAYLAŞ: