Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu dövlət naziri Zafer Çağlayanla birlikdə bir günlük rəsmi səfərlə İraqın paytaxtı Bağdada gedib. Türkiyənin Əsənboğa hava limanında etdiyi açıqlamada Davutoğlu deyib ki, Türkiyə strateji ortağı olan İraqda sülhün və sabitliyin qorunması üçün əlindən gələni edəcək.
Bağdadda o, İraqın baş naziri Nuri Əl Maliki, xarici işlər naziri Hoşyar Zebari və İraq məclisinin rəhbəri, o cümlədən türkmən millət vəkilləri ilə də görüşəcək.
Türkiyəli diplomat İraqa təkliflər paketi ilə gedib. Buraya iki ölkə arasındakı əməkdaşlıq, PKK-ya qarşı mübarizə daxildir. Bundan başqa, baş nazir Rəcəb Tayyib Ərdoğanın sentyabrda həyata keçirilməsi gözlənilən səfəri Türkiyə ilə İraq arasında razılaşdılıracaq.
«Bunlar ortaq təhlükəsizlik məsələləri, yüksək səviyyəli siyasi diloq, iqtisadi bağlılıq və ortaq mədəniyyətlər çərçivəsində bir arada yaşamaq. Bu çərçivədə ortaqlıq modeli həm ölkələrimiz arasında, həm də cəmiyyətlərimiz arasında maraqlıdır. İraq xalqının acısı bizim acımızdır. Onun üçün son günlər Bağdada terrorçuların hücumlarında həyatlarını itirən qardaşlarımıza baş sağlığı diləyirəm və türk xalqının hər zaman İraq xalqının yanında olacağını deyirəm»,- deyə Əhməd Davutoğlu vurğulayıb. /ANS TV/