Vaşinqtonda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu amerikalı həmkarı Hillari Klintonla görüşüb. ANS PRESS, “CNN Türk”ə istinadən xəbər verir ki, görüşdə Türkiyə ilə ABŞ arasında münasibətlərin möhkəmləndirilməsi, əməkdaşlığın hər sahədə inkişafı, regional məsələlər və enerji mənbələri müzakirə edilib. Amerika xarici siyasət idarəsinin rəhbəri, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması prosesindən razı qaldığını deyib. Bundan başqa, Hillari Klinton PKK terror təşkilatına qarşı apardığı mübarizədə rəsmi Ankaraya dəstək verdiklərini bildirib və Türkiyənin Avropa Birliyinə üzvlüyünə tərəfdar olduqlarını deyib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə Ankara və Vaşinqtonun münasibətlərin normallaşması üçün qərarlı addımlar atdıqlarını və hər iki ölkənin bəzi ortaq fikirləri paylaşdığını vurğulayıb. /ANS PRESS/