Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu gün BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq məsələsinə həsr olunmuş toplantısında iştirak etmək üçün ABŞ-a yola düşüb. Bu barədə "Haber Türk" məlumat verir.
BMT Təhlükəsizlik Şurasının daimi üzvü Rusiya tərəfindən təşkil olunan iclasda Yaxın Şərqdə və bölgədə baş verən son proseslərin müzakirə olunacağı gözlənilir. Türkiyə XİN rəhbəri Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ingiltərənin xarici işlər naziri David Milibendlə görüşəcək. Davudoğlu mayın 12-də Türkiyəyə qayıdacaq. /ANS PRESS/