Türkiyənin Vaşinqton səfirinin istefasının əsl səbəbi
10 Dekabr 2009 Cümə Axşamı 10:55
Vaxtı ilə Turqut Özalın köməkçisi olan Türkiyənin Vaşinqton səfirinin istefası qəbul edilib
Türkiyənin ABŞ-dakı səfiri Nabi Şensoyun təqaüdə çıxmasına 3 ay qalmış istefa verməsinin səbəbləri məlum olub. Belə ki, Türkiyə hökuməti tərəfindən çox əhəmiyyət verilən Ərdoğanın Amerika səfərində böhran yaşanıb.
Belə ki, Türkiyə hökuməti əvvəlcə heyətlərarası, daha sonra isə prezidentlərin təkbətək görüşməsini nəzərdə tutub. Ancaq Ankara bu görüşdə, həm Türkiyə, həm də Amerika xarici işlər nazirlərinin də iştirak etməsini tələb edib. Tələb N.Şensoya da çatdırılıb. Şensoy isə bu tələbi Ağ evə çatdırmalı imiş. Ancaq Ağ evdə Ərdoğan və Obamanın təkbətək görüşünün planlaşdırıldığı ortaya çıxıb. Görüş təkbətək keçirilib.
Bundan sonra, Əhməd Davutoğlu, səfirə "bizim tələbimizi çatdırdınızmı?" sualını verib. Bildirilir ki, səfir xarici işlər nazirinə belə cavab verib: "Çatdırılmadı, isrtəyirsiniz məni işdən qovun". Verilən məlumata görə, səfir heç bir səbəb göstərməyib. Bu söhbətdən sonra Nabi Şensoy Türkiyəyə geri dönmək istədiyini bildirib. Xarici işlər Nazirliyi isə dərhal tələbi qəbul edib.
Səfir Şensoy mətbuata açıqlamasında bildirib ki, bu mövzuda danışmaq istəmir.
Türkiyə Xarici İşlər Nazirliyi isə yazılı bəyanat verib: "Xarici İşlər Nazirliyi, Vaşinqton səfiri Nabi Şensoy 8 dekabr 2009-cu il tarixində Türkiyəyə qaytarılmasına tələb edib, bu tələb qəbul edilib".
Xatırladaq ki, 19 il əvvəl də oxşar böhran yaşanıbmış.
1990-cı ildə, Türkiyə prezidenti Turqut Özal, Ağ evdə ABŞ prezidenti Corc Buş ilə təkbətək görüşməli imiş. Ancaq sonradan görüşə ABŞ xarici işlər naziri Ceyms Bakerin da qatıldığı ortaya çıxıb. Özalla birgə görüşdə iştirak edə bilməyən, Türkiyə xarici işlər naziri Ali Bozer istefa verib.
O vaxt Oval ofisdəki görüşə isə Türkiyə heyətindən yalnız bir adam iştirak edib. Bu şəxs həmin vaxt Özalın xüsusi köməkçisi olan, bu gün isə Vaşinqton səfirliyindən istefa verən Nabi Şensoy olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: