Türkiyənin Şərq vilayətlərində zəlzələ baş verib
26 İyul 2009 Bazar 02:30
Təbii fəlakət nəticəsində dağıntı və xəsarət alan olmayıb

Türkiyənin Qars və İqdir vilayətlərində zəlzələ baş verib. ANS PRESS “Ihlas” agentliyinə (İHA) istinadən xəbər verir ki, yeraltı təkanlar əsasən İqdirin Tuzluca və Qarsın Kağızman ilə Diqor rayonlarında hiss olunub. “Boğaziçi” universiteti Qəndilli rəsədxanasının yaydığı məlumata görə yerli vaxtla saat 23.06-da (Bakı vaxtı ilə 00.06) qeydə alınan zəlzələ 3.7 bal gücündə olub. Zəlzələ nəticəsində xəsarət alan olmasa da təbii fəlakət əhalinin təşvişinə səbəb olub.  /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar