Türkiyənin sabiq “First Lady”si ağır xəstədir
31 Yanvar 2011 Bazar Ertəsi 04:05
Süleyman Dəmirəl gəzməkdə və onu tanımaqda çətnlik çəkən həyat yoldaşını hər gün ziyarət edir.
Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin hətyat yoldaşı Nazmiyə xanım 3 ildir səhhətində olan problemlərə görə artıq 3 aydır xəstəxanada yatır. Süleyman Dəmirəl gəzməkdə və onu tanımaqda çətnlik çəkən həyat yoldaşını hər gün ziyarət edir. Qeyd edək ki, Nazmiyə Dəmirəlin 3 ildir evdə xəstə yatmasından və 3 aydır xəstəxanaya yerləşdirilməsindən ölkə ictimaiyyətinin xəbəri olmayıb. Xəbər 83 yaşlı sabiq birinci xanımı ziyarət edən keçmiş millət vəkili tərəfindən yayılıb.
Xatırladaq ki, 7 il Türkiyənin birinci xanımı olan Nazmiyə xanım Süleyman Dəmirəlin 50 illik siyasi həyatında ən böyük dəstəkçisi olsa da həmişə siyasət arenasının arxa planında olub. anspress
DOSTLARINLA PAYLAŞ: