Türkiyənin sabiq baş nazirinin anası vəfat etdi
12 İyun 2012 Çərşənbə Axşamı 04:38
Güzidə Yılmazın səhhəti qəfildən pisləşib və yaşlı qadın sətəlcəm diaqnozu ilə xəstəxanaya çatdırılıb
Türkiyənin sabiq baş naziri, Ana Vətən Partiyasının (ANAP) keçmiş sədri Məsud Yılmazın anası vəfat edib. Yerli mətbuatın yaydığı məlumata görə, ötən gün axşam 87 yaşlı Güzidə Yılmazın səhhəti qəfildən pisləşib və yaşlı qadın sətəlcəm diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq xanım Yılmazın həyatını xilas etmək mümkün olmayıb və o yerli vaxtla saat 19.30-da (Bakı vaxtıyla 21.30) vəfat edib. Həkimlər Güzidə Yılmazın ürək çatışmazlığından öldüyünü bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar