Türkiyənin qazı bol olacaq
29 Oktyabr 2009 Cümə Axşamı 00:35
Ankara ilə Tehran arasında tarixi saziş imzalanıb
Bu gün Türkiyə ilə İran arasında tarixi anlaşma imzalanıb. İmzalanan saziş İranın Türkiyəyə təbii qazın tədarükünü nəzərdə tutur.
Qeyd edək ki, Türkiyə ilə İran Cənub Fars yatağından birgə qaz hasil edəcək. Cənub Fars yatağında qaz ehtiyatları 14 trilyon kubmetr təşkil edir. Türkiyənin buradan ildə 35 milyard kubmetr qaz əldə edəcəyi gözlənilir.
Təbii qaz Türkiyə və İran şirkətlərinin ortaqlığı ilə qurulacaq üçüncü bir şirkət tərəfindən çıxarılacaq. Çıxan qazın yarısı İranın, yarısı isə Türkiyənin olacaq.
Türkiyəyə ixrac olunacaq qaz həm daxili istehlakda istifadə olunacaq, həm də Avropaya ixrac ediləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: