Türkiyənin keçmiş prezidenti:
08 Aprel 2012 Bazar 11:21
Kənan Evren hərbi yolla Türkiyə parlamentinin buraxılmasına və hökuməti devirməyə cəhddə ittiham olunur.
"Allah mənə bu qədər ömür verməyəydi. Kaş ki öləydim, bu günləri görməyəydim". ANS PRESS Türkiyənin "Haberler" portalına istinadən xəbər verir ki, Türkiyənin 7-ci prezidenti Kənan Eren yaxınlarına məhz belə deyib. Keçmiş prezident cəlb olunduğu məhkəmə prosesində qarşı tərəfin vəkillərinin "Şahidlər qəfəsə salınıb mühakimə edilsin" deməsindən sonra belə bir fikir səsləndirib.
Qeyd edək ki, Türkiyə məhkəməsi 1980-cil il hərbi çevrilişində şübhəli biliən 2 yüksək rütbəli şəxsin istintaq müddətində həbs olunması tələbini rədd edib. Məhkəmə Türkiyənin 7-ci prezidenti, general Kənan Evren və Hava Qüvvələrinin keçmiş komandiri, general Tahsin Şahinkaya barəsində ölkəni tərk etməməklə bağlı qərarı yetərli hesab edərək, onların həbs olunması tələbini qəbul etməyib. İttiham olunan şəxslər - Kənan Evren və Tahsin Şahinkaya səhhətlərindəki problemlərlə əlaqədar məhkəmədə iştirak etməyiblər.
İstanbul Vəkillər Assosiasiyasının nümayəndəsi Ömər Kəbir bildirib ki, dünyanın heç bir yerində dövlət çevrilişi etməkdə şübhəli bilinənlər həbs olunmadıqları müddətdə mühakimə olunmurlar. Kənan Evrən və Tahsin Şahinkayanın ölkəni tərk etməyə icazələri olmasa da, Türkiyədə sərbəst hərəkət edə bilərlər.
Məhkəmə 1980-ci il qruplaşmasının üzvləri ilə pis davranılması və onlara əziyyət verilməsi ilə bağlı ittihamların araşdırılması üçün yeni istintaq və məhkəmə prosesinə icazə verib. Məhkəmə həmçinin üçüncü tərəfin məhkəmə prosesinə cəlb edilməsinə də qərar verib. Bu isə Türkiyə Parlamenti, Baş Nazirlik və müxalif Cümhuriyyət Xalq partiyasına iştirak etməyə imkan verəcək. Məhkəmə aprelin 16-da üçüncü tərəfin cəlb edilməsi ilə bağlı əlavə addımlar atacaq. Növbəti məhkəmə işi isə mayın 11-ə təyin edilib.
94 yaşlı Kənan Evren və 86 yaşlı Şahinkaya çevrilişdə şübhəli bilinən qrupdan sağ qalan yeganə şəxslərdir. Kənan Evren insan hüquqlarının kütləvi şəkildə pozulması və siyasi azadlıqların məhdudlaşdırılması ilə nəticələnən 12 sentyabr 1980-ci il hərbi qruplaşmasına rəhbərlik edib. Onlar hərbi yolla Türkiyə Cümhuriyyəti parlamentinin buraxılmasına və hökuməti devirməyə cəhddə ittiham olunurlar və ömürlük həbs cəzasına məhkum edilə bilərlər.
DOSTLARINLA PAYLAŞ: