Türkiyənin ilk hicablı bələdiyyə sədri seçilib
31 Mart 2014 Bazar Ertəsi 04:50
Konyanın Məram rayonunda 35%i açılan bülletenlərdə AKP namizədinin adı çıxıb.
Türkiyənin ilk hicablı bələdiyyə sədri seçilib.
ANS PRESS-in xəbərinə görə, Konyanın Məram rayonu üzrə AKP-dən namizəd olan Fatma Toru 69,79% səs etibarilə seçkiləri qazanaraq, Türkiyə tarixində ilk hicablı bələdiyyə sədri kimi qəbul edilib.
Konyanın Məram rayonunda 35%i açılan bülletenlərdə AKP namizədinin adı çıxıb. Bu isə hicablı bələdiyyə sədri namizədi olan Fatma Torunun qalibiyyəti deməkdir.
Fatma Toru 1972-ci ildə Konyada doğuulub. İlk və orta təhsilini Konyada bitirib, Səlcuq Ünversitesinin məzunudur. Evlidir, 2 övladı var.
Bu dəqiqələrə olan Türkiyə üçün ümumi nəticələri təqdim edirik:
AKP 45,29%
CHP 26,92%
MHP 13,94%
BDP 2,86%
Digərləri 10,99%
DOSTLARINLA PAYLAŞ: