Türkiyənin hər sahədə inkişafı Yunanıstanı qorxudur
05 Noyabr 2010 Cümə 05:40
Yunan hökumət nümayəndəsi “Amerikalı dostlardan” yardım istəyəcək.
Yunanıstan Müdafiə nazirinin vəkili Panos Beqlitis Türkiyənin güclənməsi səbəbilə qayğılandıqlarını, bu qayğılarını ABŞ-a çatdıracaqlarını deyib. “AP”-nin xəbərinə görə, Vaşinqtonda olan Beqlitisi bu gün ABŞ Müdafiə nazirliyinin rəsmiləri ilə görüşəcək.
Məlumata görə, Panos Beqlitis məsələ barədə verdiyi açıqlamada Türkiyə-Yunanıstan hökumətləri arasında inkişaf edən əməkdaşlığa əhəmiyyət verdiyini, bununla belə Türkiyənin böyüyən gücü qarşısında da təşviş hisləri keçirdiyini deyib. “Amerikalı dostlarımızın məni başa düşüb-düşməyəcəyi çox maraqlıdır”.
Panos Beqlitis ölkəsinin İsrail ilə münasibətləri də inkişaf etdirmək üçün səy göstərdiyini deyib.
Qeyd edək ki, Beqlitisin Vaşinqton proqüramında “Amerika Yəhudi icması”nın üzvləri ilə görüşü də nəzərdə tutulub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: