Türkiyənin Fransadakı səfiri Senatda çıxış edib
12 Yanvar 2012 Cümə Axşamı 10:40
O, 1915-ci il hadisələrinin qanunvericilər deyil, tarixçilər araşdırılmalı olduğunu bildirib.
Türkiyənin Fransadakı səfiri Tahsin Burcuoğlu Fransa Senatında çıxış edib. Senatdakı sosialistlər Ankaranın mövqeyini öyrənmək üçün onu partiyalarının qrup toplantısına dəvət edib. Səfir Burcuoğlu 1915-ci il hadisələri ilə bağlı senatorlara ətraflı məlumat verib. O, deyib ki, sözügedən sənəd təsdiqlənərsə, bu, Türkiyə ilə Fransanın ikitərəfli əlaqələrinə ciddi zərər vuracaq. Türkiyə səfiri bu hadisələri araşdırmağın qanunverici orqanların deyil, tarixçilərin işi olduğunu bir daha diqqətə çatdırıb.
Qeyd edək ki, sosialist senatorlar daha sonra Ermənistanın bu ölkədəki səfirini də dinləyib.
DOSTLARINLA PAYLAŞ: