Türkiyənin Fransadakı səfiri Parisə geri döndü
08 Yanvar 2012 Bazar 15:55
Tahsin Burcuoğlu dünən Fransa paytaxtına yola düşüb.
Türkiyənin Fransadakı səfiri Tahsin Burcuoğlu Parisə geri dönüb. ANS PRESS-in SKY Türk-ə istinadən verdiyi məlumata görə, dünən Parisə qayıdan səfir səylərini aşağı palatada qəbul edilmiş qondarma erməni qoyqırımını inkar edənlərin cəzalandırılması ilə bağlı qanun layihəsinin Senatda qəbul edilməsinin qarşısını almağa yönəldəcək.

Qeyd edək ki, səfir ötən ilin 22 dekabrında Fransa parlamentinin qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin qəbulundan sonra rəsmi Ankara tərəfindən Türkiyəyə çağırılmışdı. Fransa Senatında adıçəkilən qanun layihəsini bu ilin yanvarın 10-dan fevralın 22-dək müzakirəyə çıxarılacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar