Türkiyənin Fransadakı səfiri erməni olacaq?
29 Mart 2011 Çərşənbə Axşamı 13:02
Taron Acvemoğlu yaxın 2-3 ay ərzində yeni vəzifəsinin icrasına başlayacaq.
Türkiyənin Fransadakı səfiri erməni mənşəli şəxs olacaq. "Armenia Today" saytının məlumatına görə, bu məlumatı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu mətbuat konfransında Türkiyə - Ermənistan əlaqələri haqda suala cavab verərkən verib.
Ə.Davudoğlu həmin şəxsin namizədliyinin Türkiyə prezidenti AbdullhH Gül və baş nazir Rəcəb Tayyib Ərdoğana təqdim edildiyi haqda da məlumat verib. Onlar artıq erməni şəxsin namizədliyini dəstəklədiklərini bildiriblər. Erməni şəxsin yaxın 2-3 ay ərzində yeni vəzifəsinin icrasına başlayacağı gözlənilir.
İlkin olaraq həmin şəxsin kimliyi bilinməsə də sonradan onun şəxsiyyətinə aydınlıq gəlib. Türkiyənin Fransaya yeni təyin olunacaq səfirinin adının Taron Acvemoğlu adlı şəxs olduğu bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: