Türkiyənin Ərzincan Universitetinin rektoru özünü asıb
18 Mart 2010 Cümə Axşamı 15:25
Türkiyənin Ərzincan Universitetinin rektoru, professor Ərdoğan Büyükkasap martın 18-də iş otağında intihar edib.
APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, 48 yaşlı rektor kabinetində kabellə özünü asıb. Hələlik intiharın səbəbi bəlli deyil. Məlum olan budur ki, ötən həftə universitetdə 3 nəfər korrupsiya ittihamı ilə həbs edilib.
Qeyd edək ki, Ə. Büyükkasap 2007-ci il mayın 18-də o vaxtkı prezidenti Əhməd Nejdət Sezər tərəfindən Ərzincan Universitetinin rektoru təyin olunub. Mərhum atom və molekulyar fizika üzrə mütəxəssis idi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: