Türkiyənin ən iri silah alıcıları
22 Mart 2010 Bazar Ertəsi 14:20
Gürcüstan və Pakistan müvafiq olaraq Türkiyədən 14 və 12 min dollarlıq silah idxal edib.
Türkiyə son iki ildə xaricdən aldığı silaha 1,25 milyard dollar vəsait xərcləyib. Bununla yanaşı Türkiyə 2008-ci ildə silah idxalına görə 13-cü yerdə yerləşirdisə, 2009-cu ilin hesablamalarına görə 10-cu yerdə qərarlaşa bilib. Qeyd edək ki, 2008-ci ildə Türkiyə 578 milyon dollarlıq, 2009-da isə 675 milyard dollarlıq silah əldə edib.
Ötən ilin göstəricilərinə görə, Türkiyənin ən çox silah aldığı ölkə İsrail olub. Ankara Təl-Əvivdən 320 milyon dollar həcmində silah alıb. Eyni zamanda Türkiyədən də ixrac olunan hərbi texnika azlıq təşkil etməyib. Belə ki, 2008-ci ildə bu rəqəmlər 43 milyon dollar, 2009-da isə 36 milyon dollar təşkil edib. Türkiyə silahının ən iri alıcıları Gürcüstan və Pakistanın olduğu məlum olub. Bu ölkələr müvafiq olaraq Türkiyədən 14 və 12 min dollarlıq silah idxal edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: