Türkiyənin Egey bölgəsində zəlzələ baş verib
09 Dekabr 2010 Cümə Axşamı 06:05
Yeralt təkanlar nəticəsində dağıntı və insan tələfatı baş verməyib
Türkiyənin Egey bölgəsindəki Aydın vilayətinin Kuşadası rayonunda zəlzələ baş verib. Yerli vaxtla saat 23.50-də (Bakı vaxtıyla 01.50) baş vermiş 4 bal gücündə zəlzələnin episentri yerin 5 km dərinliyində qeydə alınıb. Zəlzələ rayon sakinləri arasında təşvişə səbəb olsa da yeralt təkanlar nəticəsində dağıntı və insan tələfatı baş verməyib.
Qeyd edək ki, noyabr ayında da Türkiyənin Egey bölgəsində daha bir neçə zəlzələ qeydə alınmışdı.
DOSTLARINLA PAYLAŞ: