Türkiyənin də ombudsmanı olacaq
15 İyun 2012 Cümə 06:14
Türkiyə vətəndaşları hüquqi və fiziki şəxslər kimi hər cür şikayətlərlə bu quruma müraciət edə biləcəklər
Ölkə ictimaiyyətində “ombudsman qanunu” kimi bilinən layihə Türkiyə Böyük Millət Məclisində (TBMM) aparılan müzakirələrdən sonra qəbul edildi. Yeni qanuna görə, ölkədə TBMM-yə bağlı fəaliyyət göstərəcək ictimai nəzarət qurumu yaradılacaq. Türkiyə vətəndaşları hüquqi və fiziki şəxslər kimi hər cür şikayətlərlə bu quruma müraciət edə biləcəklər. Qeyd edək ki, şikayətçinin tələbi ilə onun şəxsiyyətinin gizli saxlanılması mümkün olacaq. Məhkəmə prosesi davam edən məsələlərdə isə müraciətlərə baxılmayacaq.
Xatırladaq ki, Azərbaycan respublikası prezidentinin 5 mart 2002-ci il tarixli fərmanı ilə 10 ildir ölkəmizdə belə bir qurum fəaliyyət göstərir.
DOSTLARINLA PAYLAŞ: