Türkiyənin “Cümhuriyyət” qəzetinin baş redaktoru İlhan Səlcuq vəfat edib
21 İyun 2010 Bazar Ertəsi 17:05
Türkiyənin məşhur jurnalistlərindən biri, “Cümhuriyyət” qəzetinin sahibi və baş redaktoru İlhan Səlcuq vəfat edib.
APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, 85 yaşlı jurnalist bu gün İstanbulda dünyasını dəyişib.
1925-ci ildə İzmirdə dünyaya gələn İ.Səlcuq 1950-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. Bir müddət vəkillik fəaliyyəti ilə məşğul olduqdan sonra ömrünü tamamilə jurnalistikaya həsr edib, müxtəlif qəzetlərdə çalışıb. 1971-ci ilin mart çevrilişindən sonra həbs olunub və işgəncələrə məruz qalıb. Bundan 37 il sonra - 21 mart 2008-ci ildə “Ergenekon” davası ilə bağlı həbs edilib və iki gün sonra sərbəst buraxılıb.
Türkiyə İnsan Haqları Qurumunun da qurucularından olan İ.Səlcuq ictimai fəaliyyəti ilə əlaqədar bir sıra mükafatlara layiq görülüb. APA
DOSTLARINLA PAYLAŞ: