Türkiyənin Bursa şəhərindəki dövlət xəstəxanasında yanğın baş verib
26 May 2009 Çərşənbə Axşamı 10:45
Türkiyənin Bursa şəhərindəki Şövkət Yılmaz adına Dövlət Xəstəxanasında güclü yanğın baş verib.
APA-nın “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, mayın 26-na keçən gecə yerli vaxtla saat 02.30-da xəstəxananın birinci mərtəbəsindəki rentgen və tomoqrafiya şöbəsində başlayan yanğın qısa müddətdə yuxarıdakı doğum və reanimasiya şöbələrinə yayılıb. Hadisə yerinə yanğınsöndürənlər gəlib və xəstələrin evakuasiyasına başlanıb. Reanimasiyada yatan xəstələrin bəziləri cihazların söndürülməsi nəticəsində, bəziləri də başqa xəstəxanalara aparılarkən yolda ölüb. Ümumilikdə 8 nəfər dünyasını dəyişib. Yanğın söndürülüb. Olayın səbəbləri araşdırılır.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar