Türkiyənin bizdən üzr istəməsini gözləyirik
27 Dekabr 2010 Bazar Ertəsi 11:00
İsrail xarici işlər naziri Ankaranın ünvanına sərt bəyanat verib
"Mövcud şərtlər əsasında Fələstinlə sülh razılaşması qeyri-mümkündür və İsrail bu şərtləri nəzərdən keçirməli deyil". Bu bəyanatla çıxış edən İsrailin baş diplomatı Aviqdor Liberman deyib ki,
ölkəsi Fələstin tərəfinə təhlükəsizlik və iqtisadi məsələlər üzrə uzun müddətli, müvəqqəti razılıq təklif edib.

"Biz Fələstinlə razılığa gəlməkdən uzağıq. Bu, təkcə mümkünsüz olduğuna görə deyil. Mən düşünürəm ki, indiki şəraitdə bu alınmaz. Buna görə də fikrim odur ki, biz uzun müddətli, ancaq müvəqqəti sülh razılaşması planının hazırlığına başlamalıyıq. Deyə bilərəm ki, bu plan mövcuddur. O masanın üstündədir", deyə nazir bildirib.

Liberman həmçinin türkiyəli həmkarı Əhməd Davudoğlunun İsraili "Mavi Mərmərə" gəmisindəki məlum olaylara görə Türkiyədən üzr istəməyə çağırmasına da münasibətini bildirib: "Əgər kimsə üzr istəməlidirsə, onda bunu Türkiyə hökuməti etməlidir. Qoy, onlar İsraildən üzr istəsin. Biz üzr istəməyəcəyik və biz Türkiyənin bizdən üzr istəməsini gözləyirik".

Qeyd edək ki, “Mavi Mərmərə” gəmisinə hücum nəticəsində 9 türk həlak olmuşdu.



DOSTLARINLA PAYLAŞ:

oyunlar