Türkiyənin birinci xanımı aşpazından razı deyil
21 Oktyabr 2010 Cümə Axşamı 06:10
“Bizim aşpazı da buraya çağırın və ona da belə dadlı yeməklər bişirməyi öyrədin”.
Türkiyə prezidenti Abdullah Gülün həyat yoldaşı Xeyrunnisa Gül bu ölkədə rəsmi səfərdə olan Almaniyanın prezidenti Kristian Vulff və xanımı Bettina Vulffu nahara dəvət edib. Xanım Gül və qonaqlar “Kayseri Evi”ndə yerli kulinariyaya aid yeməklərdən dadıblar. Yeməklərdən razı qalan Xeyrunnisa Gül isə köməkçisinə öz aşpazlarının da buraya gələrək yemək bişirməyi öyrənməsini tapşırıb: “Bizim aşpaz belə dadlı yeməklər bişirə bilmir. Onu buraya çağırın və ona da belə dadlı yeməklər bişirməyi öyrədin”.  ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar