Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyaya qısamüddətli səfər edib. Səfər çərçivəsində hökumət başçısı Soçi şəhərində rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Qeyd edək ki, bu iki ölkənin baş nazirinin 2004-cü ilin dekabrından bəri saycı 8-ci görüşüdür. Görüşdə iqtisadi məsələlər, o cümlədən də «Mavi axın» layihəsinin reallaşdırılması, Avropa təhlükəsizliyinin yeni perspektivləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə edilib. /ANS TV/