Türkiyənin baş naziri bu gün İrana rəsmi səfər edəcək
28 Mart 2012 Çərşənbə 06:59
Səfər çərçivəsində regional, ikitərəfli və beynəlxalq məsələlər müzakirə ediləcək.
Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İrana rəsmi səfər edəcək. Məlumata görə, hökumət başçısı İrana Cənubi Koreyadan gələcək və martın 26-27-si bu ölkənin paytaxtı Seulda keçirilmiş nüvə təhlükəsizliyi üzrə beynəlxalq sammitin detalları barədə İran prezidenti Mahmud Əhmədinejadı məlumatlandıracaq. Cənab Ərdoğanın həmçinin İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyi, xarici işlər naziri Əli Əkbər Salehi, vitse prezident Məhəmmədrza Rəhimi və digər yüksək səlahiyyətli şəxslərlə görüşəcəyi gözlənilir. Görüşlərdə regional, ikitərəfli və beynəlxalq məsələlər müzakirə ediləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar