Türkiyənin baş naziri: “Bir daha Fransaya getməyəcəyəm”
23 Yanvar 2012 Bazar Ertəsi 21:12
“Fransa Senatında uydurma “erməni soyqırımı” haqqında qanun layihəsi qəbul olunarsa, bir daha bu ölkəyə getməyəcəyəm”.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Fransa Senatında uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsinə münasibət bildirən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
R. T. Ərdoğan ümid etdiyini bildirib ki, Senat Fransanı öz dəyərlərinə zidd bir ölkəyə çevirməyəcək: “Müzakirə olunan qanun layihəsi Fransada fikir və söz azadlığına qarşı yönəlib. Bu, may ayında keçiriləcək seçkiyə hesablanmış bir kampaniyadır. Parisdə on minlərlə qardaşımız, soydaşımız bir araya gəlib bu qanuna etiraz edirlərsə, deməli, gələcəkdə bunun fəsadları çox ağır olacaq”.
DOSTLARINLA PAYLAŞ: