Türkiyənin Azərbaycanda da işləmiş kəşfiyyatçısı öldü
14 Noyabr 2011 Bazar Ertəsi 06:38
Kozinoğlunun ürək çatışmazlığı səbəbilə öldüyü bildirilsə də mətbuat bu ölümü müəmmalı hesab edir.
Türkiyə Silahlı Qüvvələrində (TSK) xüsusi təyinatlıların komandiri olmuş, bir müddət Milli İstihbarat Təşkilatında (MİT) işləmiş Kaşif Kozinoğlu vəfat edib. Qeyd edək ki, Suriya, Bosniya və Hersoqovina, Azərbaycan, Əfqanıstanda fəaliyyət göstərən Kozanoğlu “Ergenekon” istintaqı çərçivəsində həbsxanada idi. Kaşif Kozinoğlu həbsdən əvvəl MİT-in Əfqanıstan və Çinin daxil olduğu Asiya nümayəndəsi olub.
Kozinoğlunun həbsxanada məşq etdikdən sonra ürək çatışmazlığı səbəbilə öldüyü bildirilsə də Türkiyə mətbuatı bu ölümü kifayət qədər müəmmalı hesab edir.
Faktla bağlı istintaq və araşdırma başladılıb.
DOSTLARINLA PAYLAŞ: