Türkiyənin Almaniyadakı konsulluğu yandırılıb
10 Mart 2010 Çərşənbə 10:20
Hadisəni kürdlərin törətdiyi bildirilir
Türkiyənin Almaniyanın Münster şəhərindəkı baş konsulluğunun binası naməlum şəxslər tərəfindən yandırılıb. Yerli polisin məlumatına görə, bu hadisənin arxasında kürdlərin dayandığını güman etmək üçün kifayət qədər əsas var.

Məlumata görə, hadisə ötən bazar baş verib. Hücum edən şəxslər Türkiyənin baş konsulluğunun binasına yandırıcı vasitələr atmağa başlayıblar. Polis hadisə yerinində araşdırma aparan zaman məktəb ilə üzbəüz yerləşən binada əldəqayırma yandırıcı bombalar aşkar edib. Bundan əlavə, binada benzinlə isladılmış avtomobil təkərləri aşkar olunub. Yanğın nəticəsində binanın fasadına ziyan dəyib. Baş konsulluq əməkdaşlarından heç kim xəsarət almayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar