Türkiyəli tanınmış müğənni Ferdi Özbeğen vəfat etdi
29 Yanvar 2013 Çərşənbə Axşamı 07:26
12 ildir xərçəngdən müalicə olunan müğənninin vəziyyəti dünən pisləşib.
Türkiyənin tanınmış müğənnisi Ferdi Özbeğen uzun müddətdir davam edən müalicədən sonra vəfat edib. Məlumata görə, 12 ildir xərçəngdən müalicə olunan müğənninin vəziyyəti dünən pisləşdiyi üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Özbeğen xüsusilə 80-ci illərdə “'Eskimeyen Dost”, “Seni Terkedeceyem”, “Bir Gülü Sevdim” mahnıları ilə şöhrət əldə edib.
Qeyd edək ki, Ferdi Özbeğen 1941-ci ildə İzmir şəhərində dünyaya gəlib. 1965-ci ildə “Hürriyet” qəzetinin keçirdiyi “Altın Mikrofon” müsabiqəsində iştirak edərək musiqi həyatına addım atıb. 1977-ci ildə ilk albomunu çıxaran müğənni “Söhbət” adlı albomla “Qızıl val”, “Mutluluklar” adlı albomla “Platin val” və “Atın piano” mükafatlarını qazanıb.
Müğənni bəzi film və teatrlarda da özünü aktyor kimi sınayıb.
Allah rəhmət eləsin.
DOSTLARINLA PAYLAŞ: