Türkiyəli partiya sədri Ermənistandan deportasiya edildi
30 Oktyabr 2010 Şənbə 01:35
Erməniləri dəstəkləyən türklər Ermənistan kəşfiyyatından layiqli cavablarını aldılar.
Ermənistanın Milli Təhlükəsizlik Xidməti Türkiyənin “Güclü Türkiyə” partiyasının sədri Tuna Bekleviç və onun müavini Baybars Örseki Ermənistan ərazisində qovub. Bu barədə məlumatı MTX yayıb.

Məlumatda deyilir ki, “Güclü Türkiyə” partiyasının sədri Tuna Bekleviç və müavini Baybars Özerk oktyabrın 11-də Ermənistan sərhədini qanunsuz şəkildə piyada keçdikləri barədə məlumat yayıblar. Ermənistan xüsusi xidmət orqanları və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsi bu bəyanatla bağlı birgə araşdırmalara başlayıblar. Lakin Türkiyə vətəndaşlarının Türkiyə-Ermənistan sərhədini qanunsuz keçməsi faktı təsdiqlənməyib.

Oktyabrın 28-də isə Tuna Bekleviç və Baybars Örsek qanuni yolla Ermənistana səfər ediblər və ötən gün İrəvanda mətbuat konfransı keçiriblər. Partiya sədri mətbuat konfransında da təsdiqləyib ki, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına etiraz əlaməti olaraq, sərhədi piyada keçiblər. Bu bəyanatdan sonra Tuna Bekleviç və Baybars Örsek Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasına aparılıb və onlardan sərhədi keçmələri barədə sübut tələb olunub. Lakin “Güclü Türkiyə” partiyasının rəhbərləri heç bir sübut göstərə bilməyiblər.

Erməni kəşfiyyatçılar isə onların nəzərinə çatdırıblar ki, bir daha məsuliyyətsiz bəyanatlar verməsinlər və Ermənistan ərazisindən çıxarılıblar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar