Türkiyəli nazirdən Fransa prezidentinə mesaj
06 Noyabr 2011 Bazar 11:42
T. Yıldız: " Sarkozinin hakimiyyəti dövründə Fransaya AES tikdirməyəcəyik".
Fransa prezidenti Nikola Sarkozi hakimiyyətdə olduğu təqdirdə Türkiyə ölkəsində ikinci AES-in tikilməsi üçün Fransanı inşaatçı ölkə qismində seçməyəcək. ANS PRESS-in “Hurriyet Daily News”a istinadən verdiyi məlumata görə, bu haqda Türkiyənin energetika naziri Taner Yıldız danışıb.

“Atom energetikası sahəsində Sakozi ilə əməkdaşlıq etmək etibarlı olmazdı. Biz beynəlxalq münasibətlərdən təcrid oluna bilməyəcək böyük layihəyə ilə işləyirik. Biz siyasəti də nəzərə almaya bilmərik. Lakin Sarkozinin qondarma erməni soyqrımı ilə bağlı dediklərinə göz yuma bilmərəm. Belə bir siyasi şərtlər çərçivəsində nüvə sahəsində əməkdaşlıq möhkəm ola bilməz”,- deyə türkiyəli nazir əlavə edib.





DOSTLARINLA PAYLAŞ:

oyunlar