Türkiyəli mer erməni Apostol Kiləsinin ali mükafatı ilə təltif edilib
31 May 2011 Çərşənbə Axşamı 11:33
Bu mükafat ilk dəfədir ki, müsəlmana təqdim olunur
Erməni Apostol Kilsəsinin Konstantinopol patriarxı ilk dəfədir ki, Patriarx Ovannes Kolot adına ali mükafatına müsəlmanı layiq görüb. Belə ki, Türkiyənin İstanbul şəhərinin Şişli rayounun meri Mustafa Sarıgül erməni Apostol Kilsəsinin ali mükafatı ilə təltif edilib. ANS PRESS-in “Armtoday” saytına istinadən verdiyi xəbərə görə, M. Sarıgül “Lraper” patriarxlığının təsis edilməsinin 550 illik bayramı ərəfəsində qızıl ordenlə mükafatlandırılıb.
Musatafa Sarıgül bu mükafata “İstanbulun erməni icmasının inkişafına verdiyi əhəmiyyətli töhfə, sosial, təhsil layihələri və eləcə də erməni məbədlərinin bərpa olunmasındakı dəstəyinə görə” Erməni Apostol Kilsənin layiq görülüb. Mustafa Sargülü nəinki maddi, eləcə də mənəvi dəstəyi ermənilər tərəfindən xüsusi vurğulanıb. Təqdimetmə mərasimində Şişli rayounun meri Mustafa Sarıgül erməni dilində “mən sizi sevirəm” deyə təşəkkür edib.
DOSTLARINLA PAYLAŞ: