Türkiyəli futbolçu dənizdə boğuldu
11 İyun 2012 Bazar Ertəsi 05:01
Klubun prezidenti fövqəladə qabiliyyətli futbolçunu itirdikləri üçün kədərli olduqlarını deyib.
Türkiyə İstanbulda futbol üzrə həvəskar liqada mübarizə aparan “Öz Alibeyköyspor”un oyunçusu Sergen Çavdar dənizdə boğularaq ölüb. Xəbəri təsdiq edən “Öz Alibeyköyspor” klubunun prezidenti Metin Çırpan 16 yaşlı futbolçunun dincəlmək məqsədiylə getdiyi Xınalıadada boğulduğunu deyib.

Klubun prezidenti fövqəladə qabiliyyətli və oynadığı oyunla hamı tərəfindən bəyənilən futbolçunu itirdikləri üçün kədərli olduqlarını deyib: “Qardaşımıza Allahdan rəhmət, qohumlarına və qrupumuza səbr arzulayıram. Başımız sağolsun, yeri cənnət olsun”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar