Türkiyəli 2 jurnalist Suriyada itkin düşüb
14 Mart 2012 Çərşənbə 03:07
Mətbuat əməkdaşlarından 4 gündür heç bir məlumat yoxdur.
Suriyada baş verən hadisələri izləmək və sənədli film hazırlamaq üçün bu ölkəyə gedən iki türk jurnalist itkin düşüb. “İhlas” xəbər agentliyinin (İHA) yaydığı məlumata görə, “Gerçək Həyat” jurnalının Yaxın Şərq müxbiri Adem Özköse və onu müşayiət edən operator Hamid Coşqun 1 həftə əvvəl Suriyya gedib. Suriyanın Türkiyə ilə həmsərhəd İdlib şəhərinə gedən mətbuat əməkdaşlarından 4 gündür heç bir məlumat yoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar