Türkiyədən Fransaya soyqırımı xəbərdarlığı
18 Dekabr 2011 Bazar 05:34
Rəcəb Tayyib Ərdoğan: “Soyqırımı görmək istəyənlər özlərinin çirkin, qanlı tarixlərinə baxsınlar”.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dekabrın 22-də Fransa parlamentində “erməni soyqırımı”nı inkara görə cəza nəzərdə tutan qanun layihəsinin müzakirəsinə növbəti dəfə toxunub. ANS PRESS-in NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyənin baş naziri Fransa prezidenti Nikola Sarkoziyə yazdığı məktubu xatırladıb.

“Heç bir tarixçi bizim tariximizdə soyqırımı tapa bilməz”, - deyən Rəcəb Tayyib Ərdoğan Fransanın Afrikadakı işğalları və törətdiyi soyqırımlarını diqqətə çatdırıb: “Qərb mənbələri 8 may 1945-ci ildə öldürülən 100 Fransa əsgərini önə çıxarır. Amma sayının 45 min olduğu bildirilən əlcəzairli şəhidlərdən bu gün heç kim danışmır. Eyni zamanda, 1994-cü ildə Ruandada 800 min nəfərin qətlə yetirilməsində Fransanın rolu müzakirə edilmir. Soyqırımı görmək istəyənlər özlərinin çirkin, qanlı tarixlərinə baxsınlar”.

Türkiyənin baş naziri ümid etdiyini bildirib ki, Fransa parlamenti tarixi yalanları inkar edənlərə cəza verilməsi kimi yanlışlıqdan geri çəkiləcək. Onun sözlərinə görə, Türkiyə belə populist, haqsız və hüquqazidd sylərə qarşı bütün diplomatik vasitələrlə müqavimət göstərəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar