Türkiyədən Ermənistan dəmir yolu açılır?
17 Avqust 2013 Şənbə 20:47
Türkiyə rəsmisi ilin sonuna Ermənistan sərhədinə qədər olan dəmir yolu xəttinin tam təmir olunacağını bildirib.
Türkiyənin şərqində dəmir yollarının təmiri Qarsa qədər aparılıb, ilin sonuna qədər isə Ermənistan sərhədinə qədər çatacaq. ANS PRESS Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə Türkiyə Dəmir Yolları İdarəsinin Ərzurum regional bölməsinin rəhbəri Yunu Eşliyurt bildirib.

Onun sözlərinə görə, təmir işləri may ayında başlayıb və sürətlə irəliləyir, ilin sonuna kimi Ermənistan sərhədində yerləşən Akyaka məntəqəsinə çatacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar