Türkiyədəki tarixi kilsədə 88 ildən sonra ilk ayin keçirilib
16 Avqust 2010 Bazar Ertəsi 03:45
“Məryəm ananın göylərə yüksəlməsi günü” adlı müqəddəs bir vaxtda keçirilən ayini “Fənər-Rum” patriarxı Dmitri Varfolomea idarə edib.
Türkiyə Trabzon vilayəti Maçka rayonundakı “Sümela” monastrında 88 illik fasilədən sonra ötən gün ilk dəfə dini ayin keçirilib. ANS PRESS “Doğan” agentliyinə istinadən xəbər verir ki, “Məryəm ananın göylərə yüksəlməsi günü” adlı (15 avqust) müqəddəs bir vaxtda keçirilən ayini “Fənər-Rum” patriarxı Dmitri Varfolomea idarə edib.

Qeyd edək ki, dini ayində Rusiya, Yunanıstan, Gürcüstan, ABŞ və Türkiyədən olan 500-ə yaxın provoslav xristian iştirak edib. Məbədə sığmayan 1000-dən çox ziyarətçi isə ayini monastrın yaxınlığında qurulan 2 böyük monitordan izləyib.

Tarixdə provoslav xristianlara dəstək olmuş Osmanlı padşahları II Bəyazid, I Səlim, II Səlim, III Murad, I İbrahim, IV Mehmed, II Süleyman, II Mustafa və III Əhmədin ruhuna dua edən patriarx Varfolomea Ramazan münasibətilə də dünya müsəlmanlarını təbrik edib.

Din xadimi həmçinin bu ayin üçün onlara şərait yaradan Türkiyənin mədəniyyət və turizm naziri Ertuğrul Günaya və Trabzon şəhəri yerli idarəsinə təşəkkürünü bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar