Türkiyədəki son zəlzələ nəticəsində ölənlərin sayı 24-ə çatdı
12 Noyabr 2011 Şənbə 04:06
İtkin düşən iki jurnalistdən birinin cəsədi dağıntılar altından çıxarıldı.
Türkiyənin şərqində noyabrın 9-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı artmaqda davam edir. Van şəhərində uçmuş otel binasının dağıntıları altından itkin düşmüş sayılan iki jurnalistlər birinin cəsədi çıxarılıb. Beləliklə, zəlzələ nəticəsində ölənlərin sayı 24-ə çatıb.
Xatırladaq ki, noyabrın 9-dakı zəlzələ nəticəsində Van şəhərində və ətrafında 20-dən çox bina uçub. Uçan binalar otkyabrın 23-dəki dağıdıcı zəlzələ zamanı zərər çəkmişdi. Həmin zəlzələ nəticəsində 600-ə yaxın adam ölüb, 4000-dən çox yaralanan olub.
DOSTLARINLA PAYLAŞ: