Türkiyədə zəlzələ olub
29 Dekabr 2011 Cümə Axşamı 11:11
Təkanlar bu səhər Kuşadası körfəzində qeydə alınıb.
Türkiyədə zəlzələ qeydə alınıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, yeraltı təkanlar bir necə regionda hiss edilib. Boğaziçi Kandili Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun məlumatına görə, Kuşadası körfəzində saat 07:59-da meydana gələn zəlzələnin gücü 4,3 bal olub. Qısa panikaya səbəb olan zəlzələnin dərinliyi isə 6,7 km olub.
İzmirdə də hiss edilən təkanlar nəticəsində dağıntı və tələfatın olmadığı bildirilir.
DOSTLARINLA PAYLAŞ: