Türkiyədə zəlzələ olub
14 Noyabr 2010 Bazar 13:15
Türkiyədə zəlzələ olub. Yeraltı təkanlar 4 bal gücündə qeydə alınıb.
Türkiyənin İzmir şəhərində zəlzələ baş verib. Yeraltı təkanlar Səlçuq bölgəsində qeydə alınıb. Səhər saat 07:21-də baş verən təkanların gücü 4 bal olub. Episentri 5 km dərinlikdə olan zəlzələ ətraf bölgələrdə də hiss edilib. Səhər satlarında təşvişə düşən əhali küçələrə axışıb. Tələfat və dağıntı barədə məlumat verilməyib.
Qeyd edək ki, son bir neçə gündə İzmirdə bir-birinin ardınca bir neçə zəlzələ baş verib. Ötən gün də adıçəkilən bölgədə 3,7, 3,4 və 4,9 bal gücündə 3 zəlzələ qeydə alınmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: