Türkiyədə zəlzələ oldu
14 İyun 2012 Cümə Axşamı 11:52
Yeraltı təkanlar Şırnak bölgəsində qeydə alınıb.
Bu sabah Türkiyənin Şırnak bölgəsində zəlzələ baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, zəlzələ Rixter cədvəli ilə 5,5 bal gücündə olub. Yeraltı təkanlar Mardin və Siirtdə hiss edilib. Zəlzələ nəticəsində dağıntı və insan tələfatı haqqında məlumat verilmir.
DOSTLARINLA PAYLAŞ: