Türkiyədə zəlzələ baş verib
12 Dekabr 2012 Çərşənbə 06:40
Osmaniyə şəhərində meydana gələn yeraltı təkanların şiddəti 4.0 bal gücündə qeydə alınıb
Türkiyənin Osmaniyə şəhərində zəlzələ meydana gəlib. “Boğaziçi” universiteti “Kandilli” rəsədxanasının verdiyi məlumata görə, yeraltı təkanların şiddəti 4.0 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 03.18-də (Bakı vaxtıyla 05.18) meydana gələn zəlzələnin episentri Osmaniyənin Düziçi Çerçioğlu kəndi olub. İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar