Türkiyədə zəlzələ baş verib
20 Yanvar 2011 Cümə Axşamı 06:45
Təbii fəlakət nəticəsində meydana gələn insan təlafatı və dağıntılar barədə hələlik məlumat verilməyib.
Türkiyə Kocaeli vilayəti Gölcük rayonunda zəlzələ baş verib. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla saat 04.09-da (Bakı vaxtıyla 06.09) baş vermiş zəlzələnin şiddəti 4.3 bal gücündə olub. Yeraltı təkanların episentri rayonun Dəyirmandərə qəsəbəsi olub.
Baş vermiş təbii fəlakət nəticəsində meydana gələn insan təlafatı və dağıntılar barədə hələlik məlumat verilməyib.
Xatırladaq ki, 1999-cu il avqustun 17-də Gölcükdə meydana gələn şiddəti 7.4 bal olan zəlzələdə rəsmi rəqəmlərə görə, 17 480 nəfər ölmüş, 23.781 nəfər isə yaralanmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: